Rəsmi xronika
"Minsk qrupunun dırnaqarası vasitəçiliyi bu gün baş verənlərə gətirib çıxardı" - Prezident
ATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada dırnaqarası fəaliyyət göstərir. Bu vasitəçilik heç nəyə gətirib çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “CNN International” televiziyasına müsahibəsində Minsk qrupunun vasitəçilik missiyası barədə danışarkən səsləndirib.
Dövlətimizin başçısı deyib: “Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan üç ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var. Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, üç ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir fərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir”.
Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. “Bu prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında Azərbaycana qaytarılmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov