Biz onun əvəzini indi döyüş meydanında çıxarırıq - Ali Baş Komandan
Bizi izləyin

Rəsmi xronika

Biz onun əvəzini indi döyüş meydanında çıxarırıq - Ali Baş Komandan

Nikol Paşinyanın sərxoş vəziyyətdə rəqsi və Azərbaycan xalqına etdiyi təhqirlər xalqımızı haqlı olaraq hiddətləndirdi. Biz onun əvəzini indi döyüş meydanında çıxarırıq.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Türkiyənin "Habertürk" telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır: "Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmayacaq. Bu gün işğaldan azad olunan ərazilər bizim Paşinyana cavabımızdır. Mən ona xəbərdarlıq etmişdim. Demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın. O zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq. Bu gün də bunu istəyir. Dəfələrlə Rusiya Prezidenti cənab Vladimir Putinə zəng edib. O zənglərin bir qismi mətbuata verildi. Bir qismi verilmədi. Bizdə məlumat var ki, atəşkəsdən sonra da Putinə zəng edib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm