Rəsmi xronika
"Təqvim verilməsə, sona qədər davam edəcəyik" - İlham Əliyev
"Biz irəliləyəcəyik. Bir də ki, onlar gərək atəşkəsə riayət etsinlər. Çünki onlar atəşkəsi pozdular. Günorta saat 12-dən atəşkəs elan edildi. Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmr verdik ki, atəşkəsə riayət edin, dayandırın. Halbuki bunu etmək o qədər də asan deyil".
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin NTV kanalına müsahibəsində atəşkəs rejimi ilə bağlı vəziyyətdən danışarkən deyib.
“Biz saat 12-də dayandıq, amma onlar dayanmadı. Ondan sonra təqribən bir saat ərzində biz yenə də özümüzü müdafiə etmək üçün hərəkətə keçdik və yenə də bir neçə kəndi azad etdik. Ona görə Ermənistan nəhayət anlamalıdır ki, bu yolla o heç nəyə nail olmayacaq. Yalnız atəşkəsə onlar əməl etməlidirlər. Hesab edirəm Ermənistan rəhbərliyi bu məsələ ilə bağlı yeni bir açıqlama verməlidir ki, onlar atəşkəsə sadiqdir və buna əməl edirlər. O zaman biz də dayanaq. Amma əlbəttə proses daha illər boyunca davam edə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünki bir gün ərzində bunu razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq. Ancaq sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir. Hansı tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə, biz davam edəcəyik, dediyim kimi, sona qədər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU