Mehriban Əliyevadan Müstəqillik Günü TƏBRİKİ
Bizi izləyin

Rəsmi xronika

Mehriban Əliyevadan Müstəqillik Günü TƏBRİKİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Milli Müstəqillik Günü ilə bağlı instaqram hesabında paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm