"Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır" - Prezident
Bizi izləyin

Rəsmi xronika

"Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır" - Prezident

"Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.

"Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar", - prezident vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm