Bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik - Ali Baş Komandan
Bizi izləyin

Rəsmi xronika

Bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik - Ali Baş Komandan

"Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur".

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Prezident Azərbaycan ordusuna Suriyadan muzdlu döyüşçü cəlb olunması xəbərlərini əsassız adlandırıb: "Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir. Bizim onlara ehtiyacımız yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm