İlham Əliyev bilgiləri ilə amerikalı aparıcını MAT QOYDU
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev bilgiləri ilə amerikalı aparıcını MAT QOYDU

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində Amerika Birləşmiş Ştatları tarixi, siyasəti və iqtisadiyyatına dair bilikləri ilə aparıcını heyran edib.

Publika.az müsahibədən həmin hissələri təqdim edir:

- Cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?

- Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

- Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.

- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.

- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.

- Bilirəm. Mən hazırlıqlı adamam.

- Gəlin indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə Dövlət Katibi Pompeonun nə etməyini görmək istəyərdiniz? Dövlət Katibi Pompeo və ABŞ-la bağlı bəzi tənqidlər səsləndirilib ki, onlar kifayət qədər bu məsələ ilə məşğul olmayıblar. Bilirəm ki, Rusiya kifayət şəkildə cəlb olunub. Türkiyə müxtəlif yollarla cəlb olunub, hətta İran yardım təklif edir. ABŞ kifayət qədər iş görübmü? Siz ABŞ-ın daha çox iş görməsini görmək istəyərdinizmi? Siz rəsmi Vaşinqtonun nə etməyini istəyərdiniz?

- Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir.

****

- Sizcə bu diplomatik cəhd ABŞ-da prezident seçkilərinə dair siyasət ilə əlaqəlidir?

- Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səslərini Amerika üçün ən yaxşı nədir yanaşmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır.

- Növbəti iki dəqiqədə müsahibəni yekunlaşdıracağımıza görə icazə verin, bununla bağlı bir söz deyim. Nəyə görə bu, Amerika Birləşmiş Ştatlarını maraqlandırmalıdır? Hesab edirəm Siz, çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti Dağlıq Qarabağı xəritədə tapa bilməzlər. Lakin Sizin üzləşdiyiniz strateji məsələlər, siyasi, mədəni, demoqrafik məsələlər var. Əgər indi ABŞ insanları ilə danışsaydınız və desəydiniz ki, bağışlayın, bilirəm ki, Sizi qarşıda prezident seçkiləri gözləyir, beysbol üzrə final yarışları gözləyir, lakin Siz bu məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb, onu nəzərdən keçirməliyik?

- Mən deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır.

****

- Bu müsahibənin əvvəlində dediyiniz kimi, Amerika Birləşmiş Ştatlarında Ermənistanı çox dəstəkləyirlər.

- Bəli.

- Orada xristian dininə, kilsələrə dəstək var. Diaspora görə uzun illər bundan öncə Türkiyənin onlara verdiyi cəzaya görə dəstək var. Siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında ermənilərə qarşı yaxşı emosional münasibət var.

- Bəli, mən bunu bilirəm. Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, - bunlar fərqlidir, - ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır.

- Yəqin ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar, lakin bu normaldır. İki yekun sual. Gəlin prezident siyasətinə qayıdaq. Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeni seçilmiş prezident ola bilər. O, vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız olubmu? Sizin fikrinizcə, Bayden administrasiyası regionunuzdakı münaqişəyə necə münasibət göstərəcək?

- Bəli, mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var.

- Sizcə o, Sizin mövqeyinizi dəstəkləyəcək? Yoxsa o, Ermənistanı dəstəkləyəcək? Çox güman ki, o, müharibəyə qarşı çıxacaq. Yəqin ki, o, atəşkəs üçün, diplomatiya üçün çağırış edəcək. Sizcə, bu, normal yanaşma olacaq?

- Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəf tutmasınlar. Əslində, onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər. Biz ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm