Rəsmi xronika
Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi, əminəm ki... - Prezident
.jpg?v1660831238)
“Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.
Prezident aparıcının “Sabiq vitse-prezident Co Bayden 10 gün müddətində yeni seçilmiş prezident ola bilər. O, vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız olubmu? Sizin fikrinizcə, Bayden administrasiyası regionunuzdakı münaqişəyə necə münasibət göstərəcək” sualına cavab olaraq bildirib: “Mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var”.

-
Dünya17:48
Ərdoğanla Zelenskinin görüşü yekunlaşdı - YENİLƏNDİ
-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN