Azərbaycanın Kubada Səfirliyi təsis edildi
Bizi izləyin

Rəsmi xronika

Azərbaycanın Kubada Səfirliyi təsis edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Qanunla Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyi təsis edilsin.

Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm