Rəsmi xronika
Müharibəni dayandırmağın yeganə yolu... - Prezident açıqladı
“Düşünürəm ki, müharibəni Ermənistan dayandırmalıdır. Beynəlxalq güc – sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir. Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın: “Öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar”.
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası28 Mart 20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art28 Mart 19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI