Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırıldı
Bizi izləyin

Rəsmi xronika

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Publika.az xəbər verir ki, qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb.

Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi səlahiyyətinə də malik olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm