Rəsmi xronika
Borisov Azərbaycan Prezidentini ölkəsinə dəvət etdi
Yanvarın 1-də Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Publika.az xəbər verir ki, Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.
Öz növbəsində Azərbaycan Prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan qazının Avropaya çatdırılmasını Cənub Qaz Dəhlizinin tamamlanması və bu tarixi layihədə iştirak edən ölkələrin uğurlu əməkdaşlığının təsdiqi kimi dəyərləndirib.
Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana və Avropanın digər ölkələrinə çatdırılmasının Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması işinə böyük töhfə verəcəyini də bildiriblər.
Telefon söhbəti zamanı Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni sahələrdə əməkdaşlığın genişlənməsində tərəqqinin müşahidə olunduğu qeyd edilərək, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Boyko Borisov Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib.
Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.
Telefon söhbəti zamanı, həmçinin Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov bir-birini Yeni il münasibətilə təbrik edib, möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıblar.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı