İlham Əliyev Sadır Japarovu təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Sadır Japarovu təbrik etdi

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sadır Japarova məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Japarov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm