“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Bizi izləyin

Rəsmi xronika

“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Qanunla “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm