Rəsmi xronika
İlham Əliyev Ərdoğana zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Publika.az xəbər verir ki, dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı