Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - İlham Əliyev - - VİDEO
Bizi izləyin

Rəsmi xronika

Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - İlham Əliyev - - VİDEO

Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq biz bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ – aranlı, dağlı – Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəlində köçürülmüşdü.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Biz etiraz etmirik. Bizim ölkənin başqa yerlərində də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir", - Prezident vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Ermənistan və erməni xalqı üçün bu (status məsələsi - red.) nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar:

"Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm