Rəsmi xronika
Prezident: Bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir
Biz Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri unuda bilmərik. Biz Ermənistan rəhbərliyi tərəfindən törədilən Xocalı faciəsini və onun günahsız qurbanlarını heç vaxt unuda bilmərik. Beləliklə, bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.
Prezident deyib ki, bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır: "Çünki ermənilərin yaşayış məntəqələrində törətdiklərini təxminən bilirdik. Zaman-zaman həmin ərazilərə səfər edə bilən bəzi beynəlxalq nümayəndələr tərəfindən bəzi videogörüntülər, bəzi məlumatlar var idi. Yeri gəlmişkən, siz yəqin bilirsiniz ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər edən əcnəbilər sizin getdiyiniz ərazilərə səfər etməkdən məhrum edilmişdilər. Onlar keçmiş Dağlıq Qarabağ inzibati ərazisinin ətrafında yerləşən Ağdama, Füzuliyə və digər ərazilərə gedə bilmirdilər".
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı