Dünyada Şuşaya bənzər şəhər görməmişəm - Prezident
Bizi izləyin

Rəsmi xronika

Dünyada Şuşaya bənzər şəhər görməmişəm - Prezident

Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur.

Bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm