Rəsmi xronika
Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edib.
Publika.az xəbər verir ki, görüşdə “Signify” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icrası müzakirə olundu.
Prezident İlham Əliyev Bakı, Sumqayıt və Şamaxı şəhərlərinin küçələrinin işıqlandırılması üçün şirkət tərəfindən görülən işlərdən məmnunluğunu bildirdi, bu işlərin nəqliyyatın və əhalinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Erik Rondolat rəhbərlik etdiyi şirkət tərəfindən ölkəmizdə həyata keçirilən işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi, Bakı və Sumqayıtda işlərin yekunlaşdığını, Şamaxıda isə başa çatmaq üzrə olduğunu bildirdi. Qeyd etdi ki, tətbiq olunmuş yeni texnologiyalar sayəsində bu layihələrdə elektrik enerjisinə 50 faiz qənaət təmin edilib. Gələcəkdə isə bu qənaət 75-80 faizə çatdırılacaq.
Prezident İlham Əliyev yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirdi və növbəti mərhələdə Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərində də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd etdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlətimizin başçısı bildirdi ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur.
Söhbət zamanı yeni işıq texnologiyalarının tətbiqi ilə tərəvəzçilikdə, quşçuluq və balıqçılıq təsərrüfatlarında yüksək məhsuldarlığa nail olunması üçün pilot layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin18 Dekabr 22:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq8 Dekabr 21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO