Azərbaycanın bu ölkədə səfirliyi TƏSİS EDİLDİ - SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

Azərbaycanın bu ölkədə səfirliyi TƏSİS EDİLDİ - SƏRƏNCAM

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.

Dövlət başçısının imzaladığı sərəncamla Nazirlər Kabinetinə Azərbaycanın Sarayevo şəhərində səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm