İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Zəfər yolunun tikintisi ilə tanış oldu - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Zəfər yolunun tikintisi ilə tanış oldu - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.

Publika.az xəbər verir ki, dövlətimizin başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm