5863 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi
Bizi izləyin

Rəsmi xronika

5863 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, biri 1-ci dərəcəli kapitan, 98-i isə polkovnik-leytenantdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm