İlham Əliyev Malayziya Prezidentinə məktub göndərdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Malayziya Prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Malayziya əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin daim inkişafı, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziyaya daim firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm