44 günlük müharibə dövründə bir dəfə də olsun... - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

44 günlük müharibə dövründə bir dəfə də olsun... - İlham Əliyev

“Hər bir dövlət xadimi, xüsusilə ölkə başçısı hisslərinin gündəlik vəzifələrinə təsir etməsinə imkan verməməlidir. Hər kəs, təbii ki, hisslərə malikdir. Biz, bu və ya digər şəkildə onları ifadə edirik, lakin görünür, uzun illər boyu davam edən fəaliyyətim ərzində özümdə hissləri təcrid etmək xüsusiyyəti formalaşdıra bilmişəm”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq. Hətta düşmən bizim şəhərlərimizi bombardman edib, qadın və uşaqlarımızı qətlə yetirəndə belə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombardman etmirdik. Lakin, bizim həmin vaxt keçirdiyimiz hissləri yəqin ki, başa düşmək olar. Biz düzgün müharibə aparır, beynəlxalq humanitar hüquqa riayət edir və hərbi cinayətlər törətmirdik”, - dövlət başçısı deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm