İlham Əliyev ELAN ETDİ: Əgər biz görsək ki, ermənilər...
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev ELAN ETDİ: Əgər biz görsək ki, ermənilər...

Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib:

"Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm