İlham Əliyev: Əgər xalq 1993-cü ildə Ulu öndəri dəvət etməsəydi...
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Əgər xalq 1993-cü ildə Ulu öndəri dəvət etməsəydi...

"Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir".

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib: “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli O qoydu - ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına O istiqamətləndirmişdi... O vaxt bizim pulumuz yox idi, xəzinə boş idi. Neftin satışından ilk pul gəldi, dedi ki, onu da oraya verəcəyik. Mən də bu yolla getdim. 2003-cü ildə xalq mənə etimad göstərəndə dedim ki, atamın yolu ilə gedəcəyəm”.

Prezident məcburi köçkünlər üçün görülən böyük işləri xatırladaraq deyib ki, 100-dən çox şəhərcik salındı: “Amma hər dəfə keçmiş köçkünlərlə görüşəndə deyirdim ki, - onlar da, əlbəttə, təşəkkürünü bildirirdilər, - bu, müvəqqətidir. Yadınızdadır, deyirdim müvəqqətidir. Torpaqlar azad olunandan sonra daha yaxşı evlər tikəcəyik. Bax, bu gün ediləcək təqdimat həmin sözlərin təsdiqidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm