Prezident Qarabağda hərbi əməliyyatların dayandırılmasında Putinin rolundan danışdı
Bizi izləyin

Rəsmi xronika

Prezident Qarabağda hərbi əməliyyatların dayandırılmasında Putinin rolundan danışdı

Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın qurban getməsindən qaçmağa imkan verib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Azərbaycan Prezidenti vurğulayıb ki, Üçtərəfli Bəyanata müvafiq olaraq Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxarıb.

Prezident deyib: “O vaxta qədər Azərbaycanın Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad edib. Beləliklə, artıq qeyd edildiyi kimi, münaqişə hərbi-siyasi yolla həll edilib. Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlıları yerləşdirilib. Nəqliyyat kommunikasiyalarılnın açılması məsələlərinin həlli üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavilərinin həmsədrliyi ilə işçi qrup yaradılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm