Prezidentdən bu ailələrlə bağlı MÜHÜM ADDIM - TƏSDİQLƏNDİ
Bizi izləyin

Rəsmi xronika

Prezidentdən bu ailələrlə bağlı MÜHÜM ADDIM - TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Publika.az-ın xəbərinə görə, belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 260-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm