Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbəri İlham Əliyevi təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbəri İlham Əliyevi təbrik etdi

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oytadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində misilsiz igidlik göstərdi, təcavüzkar Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad etməklə ölkə tarixinin ən şərəfli səhifəsini yazdı. Himayədarlarının bütün səylərinə baxmayaraq, işğalçı Ermənistan Sizin qətiyyətiniz, Azərbaycan Ordusunun yenilməz gücü və xalqın sarsılmaz birliyi qarşısında diz çökdü. Noyabrın 8-də Qarabağın tacı və Azərbaycanın musiqi beşiyi olan Şuşanın misilsiz qəhrəmanlıqla azad edilməsindən sonra artıq düşmənin beli qırıldı. Ermənistan ağ bayraq qaldıraraq Azərbaycanın şərtləri əsasında kapitulyasiya aktını imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları da qan tökülmədən Azərbaycana geri qaytarıldı. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə icra edilməmiş dörd qətnaməsini təkbaşına yerinə yetirdi.

Cənab Prezident, bu tarixi Qələbə münasibətilə Sizi, dünya azərbaycanlılarını və bütün türk dünyasını ürəkdən təbrik edirəm.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm