Rəsmi xronika
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Yeniləndi

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Publika.az xəbər verir ki, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Qurbanqulu Berdiməhəmmədov 2002-ci ildə Aşqabadda keçirilmiş birinci sammitdə ulu öndər Heydər Əliyevin də iştirak etdiyini dərin ehtiramla yad etdi.
Xəzər dənizinin mehriban qonşuluq və sülh dənizi olduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov bu görüşün ümumi mənafelərimiz naminə Xəzərdə əməkdaşlığa yaxşı təkan verəcəyinə əminliyini bildirdi. Bakı sammitində mühüm məsələlərin müzakirə olunduğunu xatırladan Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasının əhəmiyyətini vurğuladı.
Bu il Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğuladı. Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd etdi.
Qurbanqulu Berdiməhəmmədov dövlətlərimizin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğuladı.
Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını dedi.
xxx
10:58
İyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ