MN şəhid qardaşının videosu ilə bağlı MƏLUMAT YAYDI
Bizi izləyin

Rəsmi xronika

MN şəhid qardaşının videosu ilə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm