Rəsmi xronika
Prezident Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılışında - FOTO - YENİLƏNDİ

Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.
Sonra Prezident İlham Əliyev və Prezident Sadır Japarov məktəblə tanış olublar.
Məlumat verilib ki, Nizami Gəncəvi adına 103 saylı məktəbin ərazisi 6 hektardan çoxdur. Məktəb binasında 30 sinif otağı, oxu zalı, kitabxana, informatika, biologiya, kimya, coğrafiya, texnologiya, tarix kabinetləri, idman zalı, 240 yerlik akt zalı var. Bundan əlavə, məktəbin həyətində tennis kortu, basketbol, voleybol və futbol meydançaları yaradılıb.
Bildirilib ki, məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin elmin sirlərinə yiyələnmək üçün hərtərəfli şərait yaradılıb.
11:32
Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.




-
Sosial17:30
Əli Əsədov daha iki qərar imzaladı
-
Sosial17:02
Dövlət Gömrük Komitəsindən blogerə rəsmi - CAVAB
-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...