Rəsmi xronika
Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd olunub ki, Mədəniyyət Nazirliyi Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli və Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda 2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 ilinin tamam olduğu bildirilib.
Qeyd olunub ki, Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə