Rəsmi xronika
Azərbaycanda bu qaydalar DƏYİŞDİRİLDİ

Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.
Buna qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara müəyyən tələblər ödənildiyi halda verilirdi.
Digər bir dəyişikliklə fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişib.
Buna qədər fəlsəfə doktoru imtahanları ixtisas fənni, xarici dil və Azərbaycan dilindən olub. Dəyişikliyə əsasən, artıq xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) fənnindən imtahanı dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar verəcək. Yəni qeyd olunan xarici dillərdə dissertasiyanı yazanlar xarici dil imtahanı verməyəcək.
Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməsi tələb olunacaq. Bundan əvvəl ikisi həmmüəllifsiz olmaqla beş məqalənin dərc olunması tələb edilirdi.

-
MDB6 Fevral 23:48
Rusiya xilasediciləri Türkiyəyə göndərildi - Nazir müavini RƏHBƏRLİK EDİR
-
İdman6 Fevral 22:07
Məşqçi və ailəsi dağıntılar altından çıxarıldı
-
Dəb6 Fevral 22:00
Ulduzlar dəbdəbəli ziyafət libaslarında - FOTO
-
Dəb6 Fevral 20:40
53 yaşlı Cennifer Lopez geyimi ilə göz qamaşdırdı - FOTO
-
Region6 Fevral 19:48
Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çökdü - VİDEO
-
Nida Xəbər 6 Fevral 19:36
Baş nazirdən MÜHÜM QƏRAR: martın 1-dən etibarən...
-
Region6 Fevral 19:12
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı bacılar XİLAS EDİLDİ
-
Nida Xəbər 6 Fevral 18:54
FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatdı - FOTO/VİDEO