Rəsmi xronika
Şuşa ilə bağlı mühüm - SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncama əsasən, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

-
Yaxın Şərq15:50
İran bu qüvvələrini döyüş vəziyyətinə gətirdi - Bir nömrəli hazırlıq
-
Sosial15:21
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı
-
Magazin115:10
Hacı Nuranın brilliant daşlarla bəzədilmiş 30 minlik saatı - Video
-
Magazin114:30
Meyxana ustadları biznesmenin itinə meyxana dedilər - Video
-
Hadisə13:52
Şəxsi görüntüləri ilə şantaj olunan baş həkimin şok əməlləri - Həbs edildi, əmlakları isə...
-
Cənubi Qafqaz13:10
İran sentyabr döyüşlərində Ermənistana belə kömək edib - Kostanyandan ETİRAF
-
Qarabağ 12:40
Xankəndidə son vəziyyət: Ruben “döyüşmək istəyir”, Araik “sonumuz olacaq” deyir
-
Region12:22
Ermənistan ordusunda nə baş verir? - Bir-birini... - VİDEO