Rəsmi xronika
Azərbaycan Prezidenti Qətər Əmirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanini milli bayram münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Qətər arasında güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq münasibətləri və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək Qətərdə futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edilməsi və uğurla keçirilməsi münasibətilə də Sizi ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

-
Qoroskop00:13
Günün ULDUZ FALI: Çalışmağa davam etsəniz...
-
Hadisə6 Dekabr 23:12
Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq
-
Nida Xəbər 6 Dekabr 23:04
İlham Əliyev: Sanki özüm öz toyumda iştirak etmədən məni evləndirdilər - VİDEO
-
Hadisə6 Dekabr 22:32
Axundovla bağlı qərar: “zərərçəkənin” qızı İrəvanı ifşa etdi
-
Hadisə6 Dekabr 21:54
Bakıda avtobus yaşayış evinin üstünə çıxdı - VİDEO
-
Sosial6 Dekabr 21:33
Şəhid atası vəfat etdi - FOTO
-
Magazin16 Dekabr 20:28
"Qızlarımız TikTok-u əxlaqsız platformaya çevirib"
-
Nida Xəbər 6 Dekabr 20:02
İlham Əliyevdən 3 mühüm FƏRMAN - YENİLƏNDİ