Rəsmi xronika
Hərbçilərlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqləndi
Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqlənib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Cinayət və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılıb.
Bundan başqa, bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər edilir.
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır






.jpg)








.png)





















