Prezident səfirlikdəki hadisəni terror adlandırdı
Bizi izləyin

Rəsmi xronika

Prezident səfirlikdəki hadisəni terror adlandırdı

Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı tvitterdə paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriram.

Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm