Rəsmi xronika
Cərimələrin bir hissəsi Şuşa Qoruğuna köçürüləcək

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin hesabına köçürüləcək.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 mart tarixli 299 nömrəli və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.
Qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitin 93 faizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür.

-
Nida Xəbər 19:12
Müdafiə Nazirliyi məlumat yaydı
-
Magazin118:38
Həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı - VİDEO
-
Region17:45
Rusiya NATO ilə müharibə edə bilər
-
Magazin217:20
Oktay Kaynarcadan üzücü xəbər
-
Rəsmi xronika16:44
İlham Əliyev dünya çempionatının açılış mərasimini izləyir - Canlı
-
Sosial16:30
Avtobusa minən bu şəxslər pul alacaqlar - Yeni qayda
-
Dünya16:10
Prezident göstəriş verdi: Ordu hazır vəziyyətə gətirildi
-
Magazin115:30
Aysun keçmiş həyat yoldaşı barədə: "Ona ehtiyacım yoxdur, başıma gələnlər..."