Rəsmi xronika
"Bu qardaşlıq borcumuzdur" - İlham Əliyev

Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən deyib.
Dövlət başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Azərbaycan Prezidenti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı bu şirkətin məhsullarının Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

-
Avropa14:30
Fransa Rusiyaya savaş elan edir: Ordunu göndərir
-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI