Rəsmi xronika
Prezident və xanımı yeni inşa olunan məktəbin açılışında iştirak etdi - FOTO/YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər.
Publika.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, məktəbin binası 1960-cı ildə inşa olunub. Ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün yeni bina tikilib.
Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.
Məktəbin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb.
xxx
12:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.







-
Hadisə13:03
Sumqayıtda partlayış oldu - Xəsarət alanlar var
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı