Rəsmi xronika
İlham Əliyev Putinlə sülh sazişindən danışdı

“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik.
Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq”, - Dövlət başçısı bildirib.

-
Sağlamlıq10:12
Xərçəngin müalicəsində inqilab - Çinli alimlər axır ki...
-
Region09:45
CİA şefi gizli şəkildə Türkiyə sərhədinə gəldi
-
Maraq dünyası09:12
Bu il milyoner olacaq bürclər - Cibləri pulla dolub-daşacaq
-
Magazin108:24
Tanınmış aparıcı xanımını belə təbrik etdi - FOTO
-
Art07:47
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi... - VİDEO
-
Magazin207:30
Məşhur müğənni 83 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin105:45
“Gündə bir ər tapım?” - VİDEO
-
Kriminal00:30
Məşhur model şəxsi brendi üçün vannada çılpaq pozalar verdi - VİDEO