Rəsmi xronika
Reinteqrasiya istiqamətində dialoq aparılır - Prezident

Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.
Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.
Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi
-
Magazin111:50
Həmkarından polisə şikayət edən aparıcı işdən çıxarıldı
-
Tarix11:35
ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...
-
Sosial10:55
“Vosmoy” bazarı bu əraziyə köçürülür
-
İdman10:50
Futbolçuların varlı xanımları: Siyahıda kimlər var? - FOTOLAR
-
Sosial10:20
"Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA