Rəsmi xronika
Prezident Şuşa ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri də həll etmək tapşırılıb.
Xatırladaq ki, bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub.

-
Rəsmi xronika15:20
Prezident daha bir fərman imzaladı
-
Nida Xəbər 15:10
Şahin Mustafayevin Qriqoryanla görüşü başa çatdı - Video
-
Magazin115:05
Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım - FOTO
-
Qoroskop14:25
2024-cü il üçün ulduz falı: Yaşıl Əjdaha ilində bizi nə gözləyir?
-
Hadisə13:45
Gülbahar Vəliyeva vəfat etdi
-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə12:30
Azərbaycanda məktəbli qızılcadan öldü
-
Dünya12:00
Paşinyana yeni səlahiyyət verildi