Rəsmi xronika
İlham Əliyev Nepal prezidenti ilə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Publika.az xəbər verir ki, Nepal Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd etdi. O, ümidvar olduğunu bildirdi ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.
Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxundu.
Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığın dedi. O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğuladı, turizm və hidroenergetika sahələrinin önəminə toxundu.
Ramçandra Paudel bildirdi ki, Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları ilə üzləşirlər.
Azərbaycan və Nepal prezidentlərinin ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu görüşün əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.
Azərbaycan Prezidenti iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxundu.
Söhbət zamanı BMT və bir sıra digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi aparıldı.
Nepal Prezidenti dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.
Nepal Prezidenti dövlət başçısına xatirə hədiyyəsi təqdim etdi.
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video
-
Qoroskop00:00Günün ULDUZ FALI - Riskli qərarlardan uzaq durun
-
İdman27 Avqust 23:40"Barselona"nı bəyənən Qurbanov Bakıda kimə azarkeşlik edəcək?
-
İdman27 Avqust 22:48"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
-
Magazin227 Avqust 22:36Braziliya gözəli hamiləlik səbəbindən tacını itirdi - FOTO
-
Maraq dünyası27 Avqust 22:24Milyonçu uğurlu evliliyin sirlərini açıqladı - “Gecə saat 1-də...”
































.jpg)
.jpg)
