Rəsmi xronika
Ermənistan bunu hər vəchlə danmağa çalışır - Prezident
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur.
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
-
Kriminal18:25
Nəzrinin ölümünə səbəb olan həkim HƏBS EDİLDİ
-
Dünya18:07
Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər
-
Hadisə17:21
Bir ailədən 14 nəfər ölmüşdü... - Ərdoğan onları tək qoymadı
-
Nida Xəbər 17:07
Orxan Əsgərovun atası İrandakı səfirliyimizə hücum edəni bağışlayacaq?
-
Dünya16:12
Türkiyədəki yanğının dəhşətli faktı: Ailənin 14 üzvü ölüb, anasına zəng edən Gültəkin deyib ki...
-
Dünya15:48
Dünya liderlərinin məvacibləri: Ən çox hansı ölkənin rəhbəri alır?
-
Nida Xəbər 15:32
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - Təcili
-
Elm və təhsil14:58
Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?