Rəsmi xronika
Prezidentin nazir təyin etdiyi Anar Əliyev kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Publika.az xəbər verir ki, yeni nazir Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub. Nazir müavini vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.

-
Sosial07:17
Bu gündən avanın temperaturu yüksələcək
-
İdman06:46
Əfsanə açıqladı: Trampın eks-gəlini ilə eşq yaşayır - FOTOLAR
-
Yaxın Şərq02:21
İsrail ordusu KABUSLA ÜZ-ÜZƏ - Əsgərləri dişləyən nədir? / FOTO
-
Art00:45
Balacaların sevimlisi olan aktrisa VƏFAT ETDİ - FOTO
-
ABŞ00:30
Vaşinqtonda Fidanla Rubio arasında görüş keçirilir
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gözlənilməz xəbərlər sizi sevindirə bilər
-
Magazin125 Mart 22:24
"Onlara yazığım gəlir" - FOTO
-
İnanc25 Mart 20:36
Ramazanın 26-cı günü: dua, imsak və iftar vaxtı