Rəsmi xronika
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sənədə əsasən 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

-
Magazin208:12
Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi - FOTO
-
Sosial07:17
Bu gündən havanın temperaturu yüksələcək
-
İdman06:46
Əfsanə açıqladı: Trampın eks-gəlini ilə eşq yaşayır - FOTOLAR
-
Yaxın Şərq02:21
İsrail ordusu KABUSLA ÜZ-ÜZƏ - Əsgərləri dişləyən nədir? / FOTO
-
Art00:45
Balacaların sevimlisi olan aktrisa VƏFAT ETDİ - FOTO
-
ABŞ00:30
Vaşinqtonda Fidanla Rubio arasında görüş keçirilir
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gözlənilməz xəbərlər sizi sevindirə bilər
-
Magazin125 Mart 22:24
"Onlara yazığım gəlir" - FOTO