Biz işğal illərini yaddan çıxara bilmərik - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

Biz işğal illərini yaddan çıxara bilmərik - İlham Əliyev

Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, - deyə dövlət başçısı əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm