Rəsmi xronika
Prezident bu qanunda dəyişiklik etdi: Əlilliyi olan şəxslər...

Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.
Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.
Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
Layihəyə əsasən, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

-
Region04:44
Türkiyədə toyda DƏHŞƏT: disko topu gəlinin üstünə düşdü - VİDEO
-
Magazin203:13
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
-
Magazin102:42
12 xalı bu ölkəyə verdik - VİDEO
-
Sosial01:11
Arzu Əliyeva Naxçıvan səfərindən VİDEO PAYLAŞDI
-
Art00:30
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Risk edə bilərsiniz
-
Sosial00:00
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
-
Elm və təhsil17 May 22:12
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdılar - VİDEO